Məzmuna keç

Nə yaxşı munis idi, heyf, nagəhan getdi

Vikimənbə saytından
Nə yaxşı munis idi, heyf, nagəhan getdi
Müəllif: Xurşudbanu Natəvan
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Nə yaxşı munis idi, heyf, nagəhan getdi,
Məni bu möhnət əta qoydu firavan getdi
Salax Rahim Elekberovdan ayrı baxarmı sərvə gözüm?
Hilal tək qədimi eylədi kəman, getdi xaniman tərkin,
Nə baxdı yarlərə, cəkdi olaman getdi.

Nə oldu ariz əya, bağiban, bu gülşəndə,
Acılmadı bu bahar gulləri, xəzan getdi?

Nə tapdı ləzzəti-işrət, nə gördü gülzarı,
Bahar fəslində, yaran, bu növcavan getdi.

Məni bu mohnət əra qoydu didəsi giryan,
Bəlayi-hicrə salıb, qoydu bağrı qan, getdi.

Məzarın üstə gəlib əylənim dəmadəm, oğul,
Deyərmisən ki, nə növ ilə Natəvan getdi.