Nədən
Görünüş
Nədən Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.366 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Bir mәclisdә beş sәrdar var,
On ikidi şam nәdәn?
O nәdi ki, on dördlәrin
Damağında tam nәdәn?
İkram ilә sәcdә qılar
Altmış üç adam nәdәn?
On yeddiynәn hesab çәkir,
Qәrar gәlib Xudadan.
Otuzuyla bir illiyә
Dövr eləyir xanadan.
Bu “әmma”nı bilәnnәri
Hifz edәr Xudam - nәdәn?
Xudam bir dürr xәlq elәyib,
On iki min tağı var.
Neçә yerdә bәyәnilmiş,
Müzәyyәn otağı var.
Alıyam hesab çəkirəm,
Mətləbə çatam nәdәn?