Nədi (Xaltanlı Tağı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Nədi (Xaltanlı Tağı) Müəllif: Xaltanlı Tağı |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Mən fələyin şərbətindən içmişəm,
Həmdəm olan, gəl halımı gör nədi.
Bu dünyada bostan olar, həm solar,
Yemiş nədi, çiçək nədi, bar nədi?
Yığılar bir yana bir beş-onumuz,
Qibləyə çevrilər bizim yönümüz.
Beşcə arşın bez olacaq donumuz,
Atlaz nədi, zərbaf nədi, zər nədi?
Çoxu zail olar, çox bel bükülər,
Beyin qaynar, sümük çatlar, tökülər.
Məşhər günü bizə bir ev tikilər —
İşıq nədi, baca nədi, dər nədi?
Tağı deyər gözlər doymaz sürmədən,
Qəbrə girər, aşıq yarın görmədən.
Altdan torpaq, dörd tərəf daş, lüt bədən —
İsti nədi, soyuq nədi, qar nədi?