Məzmuna keç

Nədir, ey dil, bu təfazül, nədir, ey dil bu rüqud

Vikimənbə saytından
Nədir, ey dil, bu təfazül, nədir, ey dil bu rüqud
Müəllif: İsmayıl bəy Nakam
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Nədir, ey dil, bu təfazül, nədir, ey dil bu rüqud,
Hanı peymanı-ələstü hanı əşrafü ühud?
Sərf qıl seyini, kəsbi-şərəf et, olma künud,
"Şərəfi-nəfs bəcudəst, kəramət bəsücud,
Hər ki, in hər dü nədarəd, ədəməş beh zi vücud".

İrməmiş mərhəleyi-əmniyətə bir rəhrov.
Ədəmabadə gedər ləhzədə min rəhrovi-nov,
İftixar etmə olursansa bəsani-xosrov,
"Ey ki, dər neməti-nazi, bəcahan qürrə məşov -
Ki, məhaləst dərin mərhələ imkani-xülud".

Etmə qəm, olsa da idbarə mübəddəl iqbal –
Ki, bu deyri-kürənin cilvəsidir zilli-zəval,
Dəyməz ənduhinə bu qəmkədə, bu dari-vəbal,
"Ey ki, dər şiddəti-fəqriyyü pərişaniyi-hal,
Səbr kön kin dü-sə, ruzi bəsər ayəd mədud".

Peyrovi-xahiş olub az üçün az eylə təlaş,
Olma məğrur olub aşüfteyi-alayiş faş,
Naxüni-ücb ilə etmə dili-insafi xəraş,
"Xaki-rahi ki, bər u migüzəri sakin baş –
Ki, üyunəstü cüfunəstü xüdudəstü qüdud".

Budur ol günbədi-mərdümkəşi-viranpərəst, -
Ki, edib bəzmi-cahanda neçə peymanə şikəst,
Eyləmişdir neçə eyvani-fələkrifəti pəst,
"İn həman çeşmeyi-xurşidi-cahanəfruzəst –
Ki, həmitaft bər arəmgəhi-Adü Səmud".

Nə olub bihudə idbari-cahan ilə novan,
Nə baxıb cilveyi-iqbalma ol nazkönan,
Olma məftuni-cahan olsa sənin mülki-cahan,
"Xaki-Misri-tərəbəngiz nə bini ki, həman,
Xaki-Misrəsti vəli bər səri-Fironü cünud".

Getməmiş hiç cahandust cahandan xürsənd,
Əcəbəm kim yenə aləmdir ona xahişmənd,
Ey xoşa kim ki, bu dünyada deyildir dilbənd,
"Dünya an qədr nədarəd ki, bəru rəşk bərənd,
Ey bəradər ki, nə məhsud bemanəd, nə həsud".

Hiteyi-rənci-zərurətdə olub müztər əgər,
Nari-üsrət yaxılsa dilü canım yeksər,
Etmə hər nakəsü kəmhimmətə izhari-kədər,
"Dəsti-hacət çü bəri, pişi-xudavəndi bər –
Ki, kəriməstü rəhiməstü ğəfürəstü vedud".

Odur ancaq məliki-zəlkərəmü zəlehsan,
Hadiyü münimu vəhhabü rəufü rəhman,
Samü-nalişi-puşideyi-hacətməndan,
"Kərəməş namütənahi, niəməş bipayan,
Hiç xahəndə əz in dər nərəvəd biməqsud".

Cilvə qıldıqca dəmadəm niəmi sııybecu,
Eyləyib çeşmeyi-ixlasda təcdidi-vüzu,
Dərgahi-izzətinə cümlə qoyur əcz ilə ru,
"Əz səra ta bə-Sürəyya bəübudiyyəti-u,
Həmə dər zikrü münacatü qiyaməndü qüud".

Ruzü şəb sabit olub daireyi-əhddə, sən
Həqqə təslim olub feyz bulub taətdən,
Eylə nuri-şərəfi-zatını gün-gün rövşən,
"Qiyməti-xudra bəmənahiyyü məlahi məşikən,
Gərət iman dürüstəst bəruzi-mövud".

Daməni-piri edib eşqdə, Nakam, bədəst,
Pəndi-canbəxşinə ləbbeyk dedin ruzi-ələst,
Olmamış sən kimi bir müxlisi-piranpərəst,
"Pəndi-Sədi ki, kilidi-dəri-gənci-sədəst,
Nətəvaned ki, bəca avarəd illa məsud".