Məzmuna keç

Nədir bu gülüşlər, bu işvələr, bu nazlar

Vikimənbə saytından
Nədir bu gülüşlər, bu işvələr, bu nazlar
Müəllif: Baki
Tərcümə edən: Adilə Nəzər

Nədir bu gülüşlər, bu işvələr, bu nazlar,
Nədir bu cilvələr, bu ədalar, uzun boy?

Bu qıvrım-qıvrım, buruq-buruq, qıvırcıq tellər nədir,
Alnına pərçim olmuş mis qoxulu halqalar.

Bu yanaq nədir belə, incə tük, gözlər, qaşlar,
Bu Hind xalı, ürəkdə qara nöqtə tək, nədir...

Belin bir telmi, sinən gümüşdən aynadırmı?
Qulaq məməsi güldür, sırğalar şeh damlası.

Baki səndən vəfa ummaz, cəfa çəkər, aşiqdir,
Ona yalvarmaq, sənə də biganəlik yaraşır.