Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/Ön söz

Vikimənbə saytından
Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi), Ön söz (2006)
Müəllif: Seyid Rəzi
Feyzül-İslamın yazdığı müqəddimə


Həmd Allaha ki, ona həmd etməyə, ne'mətlərini əda etməyə, bəladan sığınmağa, qurtulmağa bir vasitə, cənnətlərinə və razılığına yetişməyə bir yol qılmış, ehsanın çoxalmasına səbəb etmişdir. Səlatu salam olsun aləmlərə rəhmət kimi göndərdiyi, özünə tabe olanların da ona qulaq asmasını təqdir buyurduğu, ümməti nurlandıran bir işıq kimi göndərdiyi, varlığını kərəm xəmirindən yoğurduğu, əzəli böyüklük soyundan yetirdiyi, ucalıq ağacının kökündən yaradıb fəzilət budağında bitirdiyi, qollu-budaqlı, meyvələrlə yetişdirib böyütdüyü Rəsuluna, onun qaranlıqları işıqladan nurlar, açıq-aşkar din yolunun əlamətləri, ölçüyə gəlməz fəzilət mizanları olan Əhli-beytinə. Onların hamısına elə səlatu salam olsun ki, fəzilətlərinə tay və bərabər, lütflərinə qarşılıq, nəsillərinə və əsillərinə uyğun və layiq olsun.
Nə qədər ki, dan yeri doğub ağarır, ulduz çıxıb-batır, rəhmət olsun onlara. Ömür budağım hələ təzə-tər idi, hələ yaşıl idi ki, salam onlara, imamların xüsusiyyətlərinə, közəl hallarına aid xəbərləri, onların inciyə bənzər sözlərini əhatə edən bir kitab yazmağa başlamışdım. O kitabda, bu mətləbi ərz edərkən, bildirdiyim kimi, Əmir-əl-mö'mininin (ə) xüsusiyyətlərini topladıqdan sonra zamanın qarşıya çıxardığı maneələr onu tamamlamağa qoymamışdı. Kitabımı bir neçə hissoyə və bölümə ayırmışdım. Son bölümdə uzun xütbələrə deyil. öyüdlərə, hikmətlərə, ədəblərə aid bə'zi sözləri dərc etmişdim.
Dostlardan, qardaşlardan bir qismi o kitabı oxuyub bəyəndi. Həzrət Əmirin (o) sözlərinin taysız-bərabərsiz olmasına, fəsahət və bəlağətinə heyran oldular. Cürbə-cür mövzulara, müxtəlif qollara ayrılan sözlərindən bir seçmə meydana gətirməyimi xahiş etdilər. Çünki bilirdilər ki, o həzrətin xütbələrində, məktublarında, öyüdlərində, hikmətlərində cəm şəkildə mövcud olan və ərəb dilinin heyranedici bəlağət və fəsahətini özünə hopdurmuş, dinə, dünyaya aid bütün hikmətləri, o dərəcədə cəm halda ehtiva edən hsç bir söz, heç bir kitab yoxdur və ola da bilməz. Çünki Əmir-əl-mö'minin (ə) doğrudan da fəsahət və bəlağətin mənşəyidir, bəlağət ondan zühur etmişdir, fəsahət qaydaları onun sezləriylə yayılmışdır. heç bir xətib yoxdur ki, onun sözlərinə bənzər söz söyləyə bilsin. heç bir vaiz yoxdur ki, sözlərindən yardım diləməsin. Bütün bunlarla borabər, yenə də onların hamısından irəlidədir; yenə də onlar həzrət Əmirdən (ə) geri qalmışlar. Çünki onun sözləri Allah bilgisiylə işıqlanmışdır, parıldayır. O sözlərdə Peyğəmbərin (s) rayihəsi vardır, ətrafa yayılır.
Nəhayət, xahişlərinə qulaq asdım. Bu kitabı, bu kitabdakı sözləri toplamağa başladım. Bilirdim ki, xalq bu kitabdan çox böyük faydalar əldə edəcək, bu kitabın şöhrəti bütün aləmə yayılacaq, əcri, savabı isə axirət günündə mənə bir azutə olacaq.
Məqsədim, o həzrətin elm, əməl, təqva, şücaət və başqa fəzilətlərdəki ucalığı kimi, bəlağətdəki ucalığının da üzə çıxması, ondan əvvəl kəlib-gedən, ondan çox az rəvayətlər etmiş alimlərin, bəlağət sahiblərinin, xətiblərin bəlağətindən daha üstün bir bəlağətə sahib olduğunu, heç birinin onunla müqayisəyə kəlməyəcəyini meydana çıxarmaq idi. Doğrudan da onun sözləri ucu-bucağı, dibi-sahili olmayan bir dənizdən coşmaqdadır. O dəniz, suyunun artmasıyla daşmaz, başqalarının sözləriylə də bulanmaz. Bunun meydana çıxmasını, beləliklə də Fərəzdəqin Cərirə dediyi bu sözləri demək istədim:
Mənim atalarım bunlardır, ey Cərir,
Səndə də onlara bərabər olanları varsa,
Köstər onları mənə, qarışma kətir.
Kördüm ki, həzrətin sözləri bir neçə mehvər ətrafında fırlanır. Əvvəlcə xütbələri, əmrləri var; ikinci məktubları, üçüncü isə hikmətləri və öyüdləridir. Nöqsan sifətlərdən münəzzəh olan Allahın tovfiqiylə əvvəl xütbələrinə, sonra məktublarına, sonra da öyüd və hikmətlərinə ayrıca bölümlər ayırmağı, hər bölümü yazdıqdan sonra o bölümə aid olub, o vaxta qədər əlimə keçməyən. fəqət zaman keçdikcə əldə etmək ehtimalımın olduğu sözlərini də irəlidə yazmağım üçün bir neçə səhifəni boş qoymağı əsas tutaraq bu bölümlərdən başqa bölümlərə daxil ola biləcək olanları, məsələn, söhbət zamanı suallara verdiyi cavabları da yazmağı nəzərdə tutub işə başladım. Əvvəlcə xütbələrini, sonra məktublarını, sonra da hikmətlərini və öyüdlərini seçdim. Mövzu baxımından bu bölümlərdə bir-birinə uymayanlar, yaxud bir-birinə uyanlar ola bilər. Fəqət mən, həzrətin (o) sözlərinin tərtibinə yox, əsas məqsədim sözlərini toplamaq olduğundan, əlimə keçən gözəl və xoş sözlərini yazmağa daha çox fikir verirdim.
O həzrətin heyrətamiz hallarından biri də, üstünlükdə heç kəsin ona tay olmadığı fəsahət və bəlağətidir. Zahidlikdə, öyüddə, qorxutmaqda onun düşüncəsinə çatan yoxdur. O ucalıqda söz söyləmək, onun həndəvərinə yetişmək imkanına heç kim malik deyildir. Bu sözləri oxuyub ibrət alan adam elə zənn edər ki, o həzrətin dünyadan nəsibi yalnız zahidlikdir, dünyanı tərk etməkdir, Allaha qulluq göstərməkdir. O bir küncə çəkilmiş, yaxud dağ ətəyinə sığınmış, xalqdan kizlənmişdir. Öz hisslərindən başqa bir şey duymaz, öz nəfsindən başqa bir səs eşitməz. Özündən başqa kimsəni görməz. Əsla inanmaq olmaz ki, döyüş dənizlərində dalğalar udan, coşub-daşan, vuruş dəryalarına baş vurub çıxan, əlində yalın qılınc haqdan boyun qaçıranların başlarını bədənlərindən ayıran, adlı-sanlı qəhrəmanları Allaha qulluq yolunda yerə sərən, qılıncından qan dama-dama qələbə meydanından dönən bir adamın sözləridir. Halbuki, bununla bərabər, yenə zahidlikdə, təvazökarlıqda, qulluqda dünyanın bütün zahidlərinin zahididir. Bəndəliyi ucalıqdan üstün tutanların başçısıdır. Bu, o həzrətə xas olan heyrətamiz xüsusiyyətlərdəndir. Onun nəfsində zidd şeylər: igidliklə təvazö'karlıq, ucalıqla itaətkarlıq bir yerə cəm olmuşdur.
Bu kitabın ehtiva etdiyi sözləri seçərkən tərəddüd etdiyim, mə'naca təkrarlanmış sözlərə rast gəldiyim anlar çox olmuşdur. Bunun səbəbi odur ki, o Həzrətin sözlərini çatdıran rəvayətlərdə ixtilaflar vardır. Çox zaman bir rəvayətə əsasən seçilib yazılan bir söz, başqa rəvayətdə bir başqa şəkildə gəlib çatmışdır. Bir cümləsi artıqdır. hətta mə'naca daha da gözəldir. Buna görə də, ehtiyatı əldən buraxmayıb, seçilən sözlərdən bir şeyin əskik olmamasını gözləyərək, o közəl sözlərin unudulmamasına çalışaraq o rəvayəti yazmışam. Zaman keçdikcə ilk rəvayətin unudulması, yaxud mə'lum olmaması üzündən, qəsdən olmamaq şərtilə eyni mə'nada, fəqət başqa bir tərzdə nəql edilməsi də mümkündür.
Bütün bu səyimə baxmayaraq, o Həzrətin sözlərindən heç birini buraxmadığım, hamısını da yazdığım barədə iddia etməkdən çox uzağam. Mənə çatmayan sözlərinin, çatanlardan daha artıq olması da mümkündür. Mən ancaq qüvvəm yetənə qədər çalışıb-əlləşmişəm. Həqiqəti aşkar edib doğru yolu işıqlandırmaq isə yalnız Allah-təalanın sonsuz lütfüylə mümkündür.
Bütün bu çalışmanın nəticəsi kimi meydana çıxan bu kitaba "Nəhcül-bəlağə" adını verməyi uyğun gördüm. Çünki bu kitab oxuyanlara, istəyənlərə bəlağət qapılarını açan, fəsahət qaydalarını çatdıran bir əsərdir. Alimin də bu kitaba ehtiyacı var, elm öyrənmək istəyənin də. Bəlağət və xitabətlə məşğul olanlar da istər bu kitabı, zöhd və təqva sahibləri də. Sözlərində tövhid, ədalət və Allah təalanı öz yaratdıqlarına bənzətməkdən çəkindirmək barəsində, arzu edənlərin yanğısını yatıra bilən, könüllərdəki dərdlərə dərman edən, gözləri hər cür şübhədən, korluqdan qurtarıb işıqlandıran mə'nalar da vardır bu kitabın.
Allah-təaladan uğur, yanlışdan qurtarmaq, həqiqəti tapmaqda yardım diləyirəm. Dilimlə edə biləcəyim xətalardan əvvəl, könlümlə düşə biləcəyim xətalardan, ayaq sürüşməsindən əvvəl dilimin sürüşməsindən qorxaraq Ona sığınıram. O mənə yardım edər və o, necə gözəl bir vəkildir.