Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/13-cü xütbə

Vikimənbə saytından
12-ci xütbə Nəhcül-bəlağə. 13-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
14-cü xütbə


İmam Əli əleyhis-salamın Bəsrə şəhəri və əhalisini məzəmmət etdiyi kəlamlarındandır: Ey camaat, siz bir qadının (Aişənin) qoşunu idiniz və dilsiz bir heyvana (Aişənin dəvəsinə) tabe olmuşdunuz. Onun səsi ilə (onun ətrafına toplaşıb) idarə olunurdunuz damarları kəsildikdə (öldürüldükdə) isə hamılıqla qaçdınız. Sizin əxlaq və xasiyyətiniz süst, əhd-peymanınız boş, inancınız ikiüzlü, şəhərinizin suyu şor və dadsızdır. Sizlərin arasında yaşamış hər kəs öz günahının girovuna çevrilmişdir. Sizləri tərk edən hər kəs Pərvərdigarının rəhmətini dərk etmişdir. (Çünki sizinlə birlikdə olma günahının cəzasından xilas olmuşdur.) Mən sizin məscidi (suda batan) gəminin sinəsini görürmüş kimi görürəm. Allah-təala bu şəhərin yuxarısından və aşağısından əzab göndərmişdir (göydən yağış, yerdən isə dənizin suyunun daşması) ki, onda olanların hamısı qərq olmuşdur. Başqa bir rəvayətdə deyilir (Həzrət buyurub): Allaha and olsun, sizin şəhəriniz batacaqdır. Onun məscidini (suda batan) gəminin sinəsi və ya sinəsi üstə yatmış dəvəquşu kimi görürəm. Başqa bir rəvayətdə göstərilir ki, (buyurdu: suda batan məscidi) dənizdə batan toyuğun sinəsi kimi (görürəm).