Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/223-cü xütbə

Vikimənbə saytından
222-ci xütbə Nəhcül-bəlağə. 223-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
224-cü xütbə


İmam Əli əleyhis-salamın, səhabələrindən olmuş Abdullah ibn Zəməəyə buyurduğu kəlamlarındandır. Abdullah o Həzrətin xilafəti zamanında onun yanına gələrək (beytülmaldan) bir mal istədi. İmam əleyhis-salam buyurdu. Bu mal nə mənimdir, nə də sənin, bəlkə müsəlmanların (müharibədə kafirlərə qalib gəlib əldə etdikləri) qənimətləri və onların qılınclarının məhsuludur. Buna görə də əgər sən döyüşlərində onlarla şərik olmusansa, onda onlar kimi sənin də payın var. Əks təqdirdə (sənin payın yoxdur, çünki) onların əllərinin topladıqları başqalarının ağzı üçün deyil.