Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/56-cı məktub

Vikimənbə saytından
55-ci məktub Nəhcül-bəlağə. 56-cı məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
57-ci məktub


İmam Əli əleyhis-salamın (barəsində on birinci məktubun şərhində bir az izahat verilmiş) Şüreyh ibn Haniyə onu (və Ziyad ibn Nəsri) özünün (Müaviyə ilə müharibə etmək məqsədi ilə) qabaqda Şama gedən (on iki min nəfərlik) qoşununa başçı təyin edən zaman buyurduğu tövsiyələrindəndir.

Hər səhər-axşam Allahdan qorx. (Onun göstərişlərinə zidd iş görmə.) Nəfsin barəsində aldadıcı dünyadan çəkin. Heç vaxt ondan əmin və xatircəm olma. Bil ki, əgər nəfsini sevdiyin şeylərin çoxundan (nəticədə sənə çatacaq) xoşagəlməzliklərinə görə saxlamasan və qarşısını almasan, arzu və istəklər sənə çoxlu zərər-ziyan vuracaq. Buna görə də nəfsinin (şəhvət və istəklərinin) qarşısını alaraq ona mane ol və qəzəb zamanı özündən çıxmağı özündən uzaqlaşdır.