Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/59-cu xütbə

Vikimənbə saytından
58-ci xütbə Nəhcül-bəlağə. 59-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
60-cı xütbə


Nəhrəvan xəvarici öldürüldükdə İmam Əliyə dedilər: Ya Əmirəl-möminin, onların hamısı öldürüldülər. Buyurdu: And olsun Allaha, belə deyil. Onlar kişilərin bellərində, qadınların bətnlərində olan rüşeymlərdir. Hər zaman onlardan bir budaq (bir baş) qalxacaq və sındırılacaqdır (tezliklə qətlə yetiriləcəkdir) beləliklə, onların sonuncuları da (əcdadları tək) oğrular (və), quldurlar olacaqlar.