Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/62-ci xütbə

Vikimənbə saytından
61-ci xütbə Nəhcül-bəlağə. 62-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
63-cü xütbə


İmam Əli əleyhis-salamın (fani dünyaya bel bağlamamağın və qiyamət hesabından qorxmağın bəyan edildiyi) xütbələrindəndir. Agah olun, dünya elə bir saraydır ki, ondan xilas olmaq ancaq ordaykən (təqva və pərhizkarlıqla) olar. Heç kəs dünya üçün gördüyü işə (söz və əmələ) görə nicat tapmaz. (Axi¬rətdə sözləri və əməlləri Allaha xatir olanlar nicat tapacaqlar.) İnsanlar imtahan və sınağa görə bu dünyaya mübtəla olublar. Deməli, dünyadan dünya üçün topladıqları hər şey (mal) ovuclarından çıxar (ölən vaxt yerdə qoyarlar) və (axirətdə) bunların hesabını onlardan sorarlar. Dünyadan qeyri (o biri) dünya üçün (axirət) tədarükü gördükləri onlara qalar və həmişə onlarla olar. Belə isə (dünyanın işi ziyanlı olduğuna görə, ona ürək bağlama. Çünki) ağıllı insanlar üçün dünya sanki kölgənin qayıtması kimidir ki, onu yayılmış görən kimi yığışar, çox göründükdə itər (itən kölgə kimi öz əhlinə qalmaz).