Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/66-cı xütbə
←65-ci xütbə | Nəhcül-bəlağə. 66-cı xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
67-ci xütbə→ |
İmam Əli əleyhis-salamın Ənsarın (xilafət barədə) iddiası haqda kəlamlarındandır.
Belə deyilir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) in vəfatından sonra Səqifə xəbərləri Əmirəl-möminin əleyhis-salama çatdı. Həzrət buyurdu: «Ənsarlar nə dedi?» Cavab verdilər ki, Ənsarlar dedilər ki, bizdən bir, sizdən də bir əmir olsun. Həzrət buyurdu ki, Rəsulullahın (səlləllahu əleyhi və alih) onların yaxşılarına yaxşılıq edilməsi və pis əməl sahiblərinə güzəşt olunması barədə vəsiyyətini niyə dəlil, sübut gətirmədiniz? Dedilər: «Bu cümlə Ənsarlılar üçün necə dəill və sübut ola bilər?» Buyurdu: «Əmirlik onların işi olsaydı, (xəlifəliyə layiq olsaydılar), onlar barədə tövsiyyəyə ehtiyac qalmazdı» (onlara başqaları barədə tapşırılardı). Daha sonra buyurdu: «Qüreyş (Ənsarların sübutları müqabilində) nə dedilər?» Cavab verdilər ki, Qüreyş Peyğəmbərin şəcərəsindən (bir əsil-nəsəbdən olduqlarını və xəlifəliyə daha layiqli) olmalarını sübut gətirdilər. Buyurdu: «Ağacı dəlil göstərib meyvələrini zay etdilər».