Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/7-ci xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
6-cı xütbə Nəhcül-bəlağə. 7-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
8-ci xütbə


İmam Əli əleyhis-salamın (ona qarşı çıxanların məzəmmət edilməsi haqda olan) xütbələrindəndir. Onlar öz işlərində şeytana etimad etdilər. Şeytan da (başqalarını azdırmaq üçün) onları öz şərikinə və tələsinə çevirdi. Sonra onların köksündə yumurta qoyaraq cücə çıxardı və tədricən (özünə itaət etdirənə qədər) onlarla təmasda oldu. Onların gözləri ilə görür, dilləri ilə danışırdı. (Söz və əməllərində ona tabe olurdular) sonra onları azğınlıq atına mindirərək mənasız sözləri nəzərlərində bəzəkli göstərdi. Onların işləri şeytanın öz qüdrətində şərik edib onun dili ilə öz səhv və batil sözlərini dediyi bir kimsənin işi kimi idi.