Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/72-ci xütbə

Vikimənbə saytından
71-ci xütbə Nəhcül-bəlağə. 72-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
73-cü xütbə


İmam Əli əleyhis-salamın Bəsrədə Mərvan ibn Həkəm barədə buyurduğu kəlamlarındandır. Deyilənə görə, Mərvan ibn Həkəm «Cəməl» döyüşündə əsir düşdükdə İmam Həsən və İmam Hüseyn əleyhimas-salam vasitəsilə Əmirəl-möminin əleyhis-salamdan bağışlanmasını istəmişdir. Həmin iki böyük şəxs onun barəsində demişlər: «Ya Əmirəl-möminin, Mərvan sənə bey’ət edir». Həzrət onu azad edərək buyurmuşdur:

Osman öldürüldükdən sonra o mənə bey’ət etmədimi? (Ondan sonra da «Cəməl» döyüşündə iştirak etdi.) Mənim onun bey’ətinə ehtiyacım yoxdur. Onun bey’ət üçün mənə əl uzatmağı (məkr, hiyləgərlik və əhdinə vəfasızlığı ilə məşhur olan) yəhudinin əl verməsi kimi bir şeydir. Öz əli ilə mənə bey’ət etsə də, hər an arxası ilə hiylə və məkr işlədəcəkdir. Agah olun, o, itin burnunu yalaması tək (çox qısa müddət) əmirlik və hakimlik edəcəkdir. (Mərvanın hakimiyyəti təxminən dörd ay on gün olmuşdur) O, dörd rəisin atasıdır. Çox çəkməz ki, camaat ondan və övladlarının əlindən qanlı-qadalı günlər (qətl-qarət, onların əlindən bir çox çətinliklər) görərlər.