Nadir şahın Hindistanın fəth olunmasından sonra Sultan Mahmuda yazdığı məktub
Nadir şahın Hindistanın fəth olunmasından sonra Sultan Mahmuda yazdığı məktub Müəllif: Nadir şah Əfşar |
Mənbə: Nadir sah Əfşarın məktublaşması. Bakı: Nurlan, 2007, s.5-8. |
Fələk kimi uca əlahəzrət, səadətin Müştərisi, əzəmətin Zühəli, aləmi əhatə edənizzət ilə vüqar dənizi, dünya hökmdarlığı zirvəsinin Günəşi, xilafət və xoşbəxtlik bürcünün aləmi isindirən xürsidi, mülkpərvər Xosrov, ulduzlar miqdarında nəhəng qoşunun sərkərdəsi, uca səmanın əfsəri, İsgəndər kimi qüdrətli padşah, vüqarlı və xoşbəxt ölkənin səhriyarı, döyüş meydanının şahsüvarı, Allahın kölgəsi olan islampənah padşah, ədalət məhkəməsinin rəhbəri, dünya sultanlarının ən əzəmətlisi, dövran xaqanlarının ən böyüyü, islam ilə müsəlmanların köməkçisi, kafirlər ilə müsriklərin qənimi, qurunun qaanı və dənizlərin xaqanı, Hərəmeynis ərifeynin xadimi, ikinci İsgəndər Zülqərneyn, əssultanülqazi Mahmud xan ibn Sultan Mustafa xana (onun əzəmətli taxtı uğurla zinətləndirilsin və ulu səltənətinin gözləri nur parıltısı ilə işıqlandırılsın!) Günəşİn bənzərsiz parıltısı, bərabərlik ayının gecə çırağının cövhəri və mehrin firuzəvari çarxının isığı ilə rəqabət aparan gözəl sənaların parıldayan cəvahirlərindən və müqəddəs duaların bərq vuran ləllərindən düzəldilmiş, canın xəzinəsindən və sədaqətli qəlbin dəfinəsindən göndərilmiş cənnətvari toplantının hədiyyəsi və asimanabənzər məclisin töhfəsi olan bu qardaşlıq lövhəsində bundan əvvəl Hindistanın böyük padşahı Məhəmməd şahın əfqan basçıları və Qəndəhar üsyançıları haqqında üzərinə götürdükləri öhdəliklərin sərtləri və ondan sonra vədinə xilaf çıxması barəsində yazılmısdır. Buna əlavə olaraq Qəndəhardan getmis basqa bir elçinin ədəb və qanuna zidd olaraq saxlanılması və hümayun məktuba cavabın verilməməsi xaqanın izzətli və calallı sarayında oturanların nəzərinə çatacaqdır. Yuxarıda qeyd olunmus müqəddimənin sadiq dostların öz diqqətlərini Hindistana tərəf yetirmələrinə bais olduğu bir zamanda adı çəkilmiş böyük padşah bütün qosunlarını Hind ölkəsinin uzaq yerlərindən toplayıb tam hazır vəziyyətdə və sözlə ifadə olunmayan təmtəraqla şahcahanabaddan hərəkət edib, şahcahanabadın iyirmi dörd fərsəxliyində Kərnal adlı alınmaz qala və möhkəm hasar düzəldib müharibə aparmaq əzmi ilə dayandı və İlahi dərgahının bu niyazməndi də sarayda oturanalara xəbərdarlıq vermək məqsədilə Kərnalın on bes fərsəxliyindəki mənzilə daxil olandan sonra Allaha mütəvəkkil olub zilqədəülharam ayının on besinci günü üsyançılardan qisasını aldı və Tanrının köməyi ilə o həyasız güruha od salıb darmadağın etdi. Onun xanları və əmirləri Hindistan ordusunun qırx min nəfəri ilə döyüş meydanına girib, silah ilə canlı qüvvəni ələ keçirib padşahın topxanasına, döyüş sursatına və xəzinəsinə yiyələndilər. Məhəmməd şah məğlub olub öz qalasına salındı. Üç gündən sonra onun özünü yenik və çarəsiz halda, sağ qalan əmirləri və qosunu ilə birlikdə hümayun ordugaha gətirdilər. O, Allahın dərgahına ehtiyacı olan ilə görüsüb səltənətin tacını və möhürünü təslim etdi. Biz isə həmin mənzildən çıxıb şahcahanabada yola düsdük və oraya daxil olan kimi uzaq məmləkətlərdə və möhk əm qalalarda oturmus bütün xanlar, özbasına is görən, qaraniyyətli fərmanverənlər, qoçaq əmirlər və basları rüsvətxorluğa qarısmıs racələr ətrafdan itaət və tabelik məqamında peyda oldular. Bu ölkənin vilayətlərinin fəth edilməsi və işlərin qaydaya salınması asanlasıb təkmilləsəndən bir az sonra İlahi dərgahına möhtac olanın türkman və adı çəkilmiş padşahın da Türkmaniyyə ümmətinin və cəlalətli Gürganiyyə sülaləsinin nümayəndəsi olduqlarını nəzərə alaraq, bundan əvvəl olduğu kimi, el və birlik qaydası ilə Hindistan padşahlığını adı zikr olunmus o aliməqama həvalə etdik və xütbə ilə sikkəni onun adına düzəltdik.
Ətək çayının simal səmtində yerləsən Qəznin və Kabil şəhərləri Xorasan məmləkətinin şəhərlərindəndirlər, buna görə də həmin diyarı Sind vilayəti ilə və Ətəkin o tərəfindəki qalaları ilə Təbbət və Kəsmirin sərhəddindən ki adı çəkilmiş çayın suyunun dənizlə əlaqəsi var, Bəhbəha (Bəhbəhan – ?), Bənadiriyyə və tabelikdə olan qalalara qatıb İran dövlətinin torpaqlarına əlavə etdik və səfəryüyəninin döndərilməsinə əmr verdik. İlahi dərgahına ehtiyacı olana məxsus məmləkətlərin içində önəmli yer tutan Ətək çayının ətraflarına daxil olandan sonra dostluq münasibətimizi nümayis etdirərək bu xəbəri bildirmək və müzəffər rəyi yaymaq üçün elçini hümayun hüzura göndərdik ki, Hindistanın nəfəslərindən və bu bütövlükdə bir bustan olan diyarın güllərindən o dost rəhbərin dərgahına çatdırsın. Həmin vaxt Sivasdakı elçi Əli Mərdan xan Filinin vəfatı xəbəri sarayda olanların ərzinə yetişdi. Bu səbəbə görə xaqan dərgahına yaxın bir əyanı, bu sarayda uzun müddət xidmət göstərən və səfirlik qaydalarına bələd olan Xorasanın çarxçıbaşısı Haçan xan Çəməskərki (?) Əli Mərdan xanın yerinə təyin etdik və mərhuma tapşırılmıs işləri yerinə yetirməyi adı çəkilmiş alicaha həvalə etdik ki, Haçan xan o hüdudlarda dayanmış dostları ilə yola düsüb öncədən şərtlənmis və gecikdirmə düyünü ilə bağlanmıs işlərin o ali dövlətin müşavirlərinin köməyi ilə qəbul edilməsinə nail olsun.
Dost məktubun boş qalmaması üçün sonda əlavə olaraq əqdəs hüzurunuzda və müqəddəs qarşınızda qəbul məqamına yetişməsi ümidilə bəzi əsyaları Hindistan hədiyyəsi və sovqatı şəklində göndəririk.