Məzmuna keç

Naləvü-əfğan eylə

Vikimənbə saytından
Naləvü-əfğan eylə
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Dəli könül, qalx ayağa, məclisi alşan eylə.
Bülbül kimi gül eşqinə naləvü-əfğan eylə.
Ovçu isən, bərələrdə gözləgilən maralı.
Daldala sən seyrağıbdan sirrini pünhan eylə.

İstəyənlər, qulaq asın eşq əhlinin sözünə.
İstəməyən qoy kor olsun, mil çəkilsin gözünə.
Anlamazın canı çıxsın, xəcaləti özünə.
Ol anlayan ariflərə, söhbəti həryan eylə.

Məhəmmədəm, hər deyəndə sirrim vermərəm yara.
Cəsədimdən dərd alıban, canım düşdü azara.
Əsrəmiş nərə döndərib, qatgil onu qatara.
Qaynat eşqin kürəsini, bir hazır meydan eylə.