Naməniz məzmununu dərk eylədik, səd afərin

Vikimənbə saytından
Naməniz məzmununu dərk eylədik, səd afərin (1874)
Müəllif: Mirzə Bəylər
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Naməniz məzmununu dərk eylədik, səd afərin!
Mətləbindən zahir oldu işvəsi ol dilbərin.

Cani-şirini tutubdur həyyi-zatında qərar.
Vasili-məlfufə bulduqda, yəqin, bu kəmtərin.

Xeylicə qəmgin dilim abü-havalı gül kimi
Təzələndi, bəh əcəb açdı yenə balü-pərin.

Gövhərü dürrü-girdənmayə düşüb bəhri-şinə,
Yetdi bu ətşan dilə bir qətrəsi ol Kövsərin.

Şinin şəkkərdən ləzizdir kafi çün kani-gövhər,
Müşkülün həll eyləsin xaliq, görüm, ol kəslərin.

Sənə həm vəsf etməyə yoxdur bu gün nitqim mənim,
Çün onun vəsfində acizdir dili hurilərin.

Bin səniylə sizi yad eylədi ey səni, yar,
Hali-təhrirə yetib duası Mirzə Bəylərin.