Məzmuna keç

Namidarıdı

Vikimənbə saytından
Namidarıdı
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

1-ci variant

Bir pərzad görmüşəm sizin ellərdə,
Çün cismü canımın namidarıdı,
Günəş nişanəli, qəmər misallı,
O cahan xubinin cilvadarıdı.

Dost bilsə yarının gəldiyin, neylər?
Yar yolunda qara bağrını teylər.
Nəsihət qəmzənə ver ki, qan eylər,
Gözəllər şuxinin sitəmkarıdı.

Mənim dərsim əlifdədi, beydədi,
Bir gözəl sevmişəm, cana faydadı.
Desələr, Qurbani, bu nə sevdadı,
De ki: bir pərinin yadigarıdı!

2-ci variant

Bir gözәl sevmişәm güneylәrindәn,
Hüsnü şol әqlimin namidarıdır.
Aydır mәşşatәsi, gündür mәşәli,
Cahan xublarının cilvәdarıdır.

Bilsә canan gәldiyimi "can" eylәr,
Canı әlә alıb әrmәğan eylәr,
Nәsihәt qәmzәnә ver ki, qan eylәr,
Gözәllәr şuxinin sitәmkarıdır.

Qurbani der: İki zülfün hәyyadır,
Quranda müәnbәr gülhüvәyyadır.
Desәlәr, sәrindә bu nә sövdadır,
Deyin bir pәrinin yadigarıdır.

Xarici keçidlər

[redaktə]
  • Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.