Nasıl yüksəlməli
Nasıl yüksəlməli Müəllif: Məhəmməd Hadi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
(Böyük Tofıq Fikrətə kiçik töhfə)
Yüksəlməli, toxunmalı alnın səmalərə,
Doymaz bəşər dedikləri qoş etilalərə
Tofiq Fikrət
Yüksəlməli! Fəqət nə ilə, ey böyük ədib?
Ey bağını xəzan görərək susmuş əndəlib!
Hürriyyətin qanadlan lazımdır uçmağa,
Yüksəkdən enməyən mədəni yan qucmağa.
Yüksəlməyə təməddünün əflaki-pakinə,
Ermək gərək isə səhəri-tabnakinə.
Sərbəst pərlər istəyir ol aləmi-bülənd,
Bizlərsə hər cəhətdən, əvət, bəndi-dərkəmənd.
Əfkanmız əsiri-xürafati-əvvəlin,
Azadədir də cəhlimiz, ey şairi-güzin!
Övham hürr, hakimi-mütləq bu millətə
Ey nəbzaşina, nə dəva var bu illətə?
Nəbzaşina təbibi də sevməz əcəl-qərin,
Gəlməkdədir məşamma pis buyi-ənbərin.
Çünki məşamı dust deyil buyi-ənbərə,
Korkən belə uzatmayır əl gözlü rəhbərə.
Kor rəhbər istəyir gözükor, ah, ah, ah!
Bədbəxt bilməyir ki, yolunda dəhani-çah.
Yol göstərənləri qovuyor gümrəi-səfil
— Səbəb? Çox əsrlər qaranlıq olubdur buna dəlil.
Çox əsrdir ki, gözləri olmuş şəbaşina,
İndi qaranlığı sanıyor sübhi-rövşəna.
Hansı əlacdır ki, kor etdi bu milləti?
Hala bilən də olmadımı bu həqiqəti?
Bilməm nə gündə bir anamız böylə bir həyat
Doğsun ki, ölsün iştə bu Şərqi udan məmat.
Yəni ki, bir dühayi-xüruşanü atəşin,
Yumşalsın odlarilə bu cəmiyyəti-xəşin.
Artıq yetər, yetər, yetər oldu bu halımız,
Xurşid pək sönük, sönük iştə hilalımız.
Alçalmağa bizdə var ikən bu ibtila —
Bilməm, nasıl müyəssər olur Şərqə etila?!
Alçalmağa rəhbər olanlar səmaməqam,
İrşadkar bu qövmcə şayani-intiqam.
Fikrət, əya Şərqdə yekta doğan düha!
İdealı yox bu millətə varmı rəhi-rəha?
Əfkan sırf əzməyə ərbabi-fıkrəti,
Hala zavallı bilmədi qanuni-fitrəti.
Elani-hərb edən bu qəvanini-aləmə,
Dəvətlidir bu ağladıcı bəzmi-matəmə.
Gəlsin əzayə milləti-mərhumə, ağlasın,
Heç gülməsin, də ayları matəmli saxlasın.
Zatən də matəmə bürünübdür həyatımız,
Göz yaşlarilə həp sulanır kainatımız.
Qərbin üzündə xəndə, bizim çeşmimizdə ab,
Qərbin həyatı şən də, bizimki yazıq, xərab!