Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz
Görünüş
Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.57. |
Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz,
Bu səmərdin nəxli-ömrümni bərumənd bar eylənüz.
Ey edənlər mehr ilə xoşdil qərəz ərbabını,
Gah-gahi bəzmi həm cövrilə xürsənd eylənüz.
Ya çəkin divanə könlümni vəfa zəncirinə,
Ya çəkib tiği-cəfa pərkənd-pərkənd eylənüz.
Ağrı rüxsarındamıdur xəstə könlüm dərdnak,
Ey dəvacular, tədava çün gülbənd eylənüz.
Bidi-məqtuli imastur tilbə nasehlər məni,
Əql təklifidin ol qabili-bənd eylənüz.
Sadiqitin qeyri-rusva sanmanız, ey əhli-həvəs,
Əql ərbabın səri-Məcnunğə manənd eylənüz.