Məzmuna keç

Naxçıvandan təbsirə

Vikimənbə saytından
Naxçıvandan təbsirə (1904)
Müəllif: Hüseyn Cavid
“Şərqi-Rus” qəzeti, 27 avqust 1904 Rasizadə
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.


Uzaq deyil, əzizlər, vərəqlər dönər,
Həyatımız dəyişər, dünya çevrilər!

Bəyani hal: Ərbabi-kəmal və əshabi-məqal həzrətlərində müəyyən və müsəlləmdir ki, qədəm qoyduğumuz əsri-haliyyə islamiyyət aləminə on dördüncü qərn məhsub olur. Və vüsuli-ərbəə tibqində şühur sənaviyə kimi füsulli qürun tərtib vermək və hər üç qərni maarif aləminə fəsl məlhuz etmək ələs-səbilül-icəmal mütabiqi-hal və müvafiqiməqal görünür və cəmi əşxas təvarixşünas nəzərində mə’lumdur ki, sərvəri-nas Peyğəmbər axirüz-zəmanın bi’sət zamanından üç qərn keçmişə kimi filhəqiqə aləmi-islamiyyət və gülzari-mə’rifət üçün bahari-bəhcətşiarimiş. Belə ki, məzmundur məşhun kəlam, hikmət nizam həzrəti-xeyrül-ən’am ki, “Xeyrülqürun qərni” buyurmuşlar, icmalən bu barədə bürhani-qate’dir. Bir mərtəbədə ki, Rəsuli-mədəni dünyayi-dənidən rihlət buyurandan sonra üçüncü qərnin axırına kimi cəmi bilad içrə məkatib və mədaris tə’mir edilib hər yerdə bəqədri- ülüm və nəşri-kəmalat olub elm təhsilində sə’y ehtimam edib maarif kəsb etməkdə əsla təkahül və təsahül etməyib bir an ğəflətdə bulunmadılar. Lakin dördüncü və beşinci qərnə ayaq qoyanda arai-müxtəlifə və əqaidi-mütəfərriqə islam içində müntəşir olub, tərəqqi və pişrəft aləminə böyük bir mane vaqe oldu. Yavaş-yavaş gülzari-maarif solub və şəm’i-mədəniyyət xamuş olub doqquz qərn dəxi tabistan və xəzan və zimistan təbəqində cəhalət və ğəflət ilə keçib on ikinci qərnin axırına kimi bu minval üzrə qaldı. On üçüncü qərn islamiyyət aləminin ikinci baharının əvaili məhsub olduqda “Yevropa” tərəfindən gülşəni-təməddünə bəhəsəb zahir ixtisarən bir nəsimi-həyatbəxş əsüb puç və fəna olmuş gül və giyahə tazədən hərəkət verib fəqət nəşvü nüma məqamına götürdü, yə’ni xabi-nazə getmiş xumar gözlərə bəsirətəfza olub ibdaati- ədidə və ixtiraati-cədidəni görməyə mülzəm və pambuq tıqılmış qulaqları açıb nəğəmatimövzun və əsvati-gunagunu eşitməyə məcbur etdi. Həmin bu beşdən bir hissəsini teyy etdiyimiz 14-cü qərnə ki, maarif baharının və təməddün gülzarının ikinci qərni məhsub olur, qərni-tərəqqiyat və əsri-kəmalat deyilir ki, ənvari-maarif yer yüzünü mütləq əhatə qılıbdır, belə ki, qət’əati-ərzin bə’zi şö’bələrində ələlxüsus Qafqazda vaqe olan müsəlmanlar sükunət etdiyini bəldədə rus lisanında növbənöv məktəblər tə’sis olunub yeddi-səkkiz yaşında balaca balalar gunagun ülum və fünun təhsil etməyə talib və rağib olub, pərvanəsifət şəm’imə’rifət dövrəsində kəsrəti-iştiyaqdan məqami-ehtiraqdadırlar. Lakin bu nəşvünüma edən gülüstani-səfadə tazə pərvəriş tapmış növnihalları və şaxeyi-elm və ədəbdə tərbiyə hasil etmiş qönçə gülləri və müəttər çiçəkləri gülşəniislamiyyətə kənardan vaqe olan ülum və əlsineyi-düvəli-xaricəni kəsb edib dərəceyitəkmilə yetirməkdən və xarü xəs misal miləli-əcnəbiyyənin əqaid və arainin tazə göyərib səbz olmuş gül və giyahə istilasını hər halda nəzərdə tutub müharisət və mühafizət etmək lazım, bəlkə vacibdir. Tainki cüz’i tərpətməklə gülşəni-islamiyyət və mədəniyyətə xələl yetişib bilmərrə ayaq altında paymal olmasın. Şeyx Sə’dinin bir neçə əbyatı münasibi-hal görünür:

Təzə kök atan ağac bu gün çox zəif olar,
Azacıq güclü bir əl onu yerdən qoparar.
Başına buraxsan bir müddət, fikir verməsən,
Dünya yığılsa belə kökdən çətin sarsıdar.
Suyu başdan bel ilə kəsmək heç çətin deyil,
Su artsa fillə keçmək olmaz, hər keçən batar.

Filvaqe’ mülahizə məqamında əvvəl tühuliyyətdən göz açmamış vino, pivə, süd, su içkidir deyib təhsilə məşğul olan müəllimin əvvəlcə şəriətdən müttəle olmamaq səbəbinə axırda şürb-əlyəhud olub islamiyyət aləmindən bixəbər qalmağına heç məzəmmət və məlamət yeri yoxdur:

Bu gün öldür düşməni, bacarığın əgər var,
Qığılcım alov olsa bir dünya onda yanar.

Pəs bu surətdə əbnayi-vətən üçün lazımdır ki, əvvəlcə vətən dili olan türk dilini bə’zi ruznaməcat və məktubat oxumaqdan ötrü öyrənmək və saniyən fars dilini bir para əhadis və əxbarın məzmununa aşina olmaqdan ötrü oxumaq, salisən ərəb lisanını Qur’animəcidin mə’nasına müttəle olmaqdan ötrü təhsil etmək və rabeən rus dilini ki, dövləti əliyyeyi-imperatoru da təfhim və təfəhhümdən ötrü bə’zi məvariddə həqiqət cümleyiləvazimatdan ədd olunur, kəsb etmək lazım və dərkardır. Və əgər nəzərə alınsa cədidül-ixtira elmlər Qafqas şö’bəsində rus dilindən maəda məzburətül-fövq dillərin heç birində yazılıb dərc olunmayıb, fəqət fikri-bihudə və xəyalibimə’nidir, çünki türk dilində osmanlıca nəzərdə olan ülumi-mütənəvveə kəmayənbəği mütəəddid kitablarda mündəric və məzbutdur. Pəs bu halda layiqi-insaf və şayanimürvətdir ki, on il, bəlkə ziyadə təhsil etmiş əşxas görürsən türk dilində yazılmış “Şərqi-rus” ruznameyi-mübarəkəsindən iki sətir oxuyub məzmunundan müttəle olmaqdan aciz və bir neçə kəlmə vətən dilində mətləb əda etməkdə qasirdir. Və gah-gah əzruyitəfənnün güzarları məsacid və mə’nabirə düşüb üləmayi-ə’lamdan bə’zi mətalib və təhqiqat eşidib mə’nasını anlamayan surətdə babətindən könlündə islamiyyətə olan cüz’i şövq və rəğbəti də kəsilir. (Əl-mər’ü ədüvvün lima cəhiləhd – kişi bilmədiyi şeyə düşməndir) Və bə’zi bisavad mollalardan sadə ləfzlər ilə əqlimizə sığışmayan zəif rəvayətlərdən eşidib məsciddən çıxanda əsnai-söhbətdə onun sözlərini özü üçün əsbabiməzə və mayeyi istehza qərar verir və bir para müridlərə bu müsəlman oğlu müsəlman, müsəlman millətinin və əbnayi-vətənin halına yanıb tərəqqi və təməddün fikrində olur. Bir surətdə ki, islamiyyət nə deməkdir, əbədən ittilai olmayıb əsla məqamie’tinada bulunmayır.


Qeydlər

[redaktə]