Neçün ey məh, cənnəti-kuyində bar olmaz bana
Görünüş
Neçün ey məh, cənnəti-kuyində bar olmaz bana Müəllif: Hamidi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Neçün ey məh, cənnəti-kuyində bar olmaz bana,
Neçün əwəlki kimi hiç etibar olmaz bana?
Dərdi-hicrində bana yar olmadı səbrü qərar,
Sən bana yar olmaymca kimsə yar olmaz bana.
Bən qaçan görsəm səni kendümi esla bilməzəm,
Bəxtiyar olduğumçün ixtiyar olmaz bana.
Eşqüvün yolunda Mənsurem vəli napayidar
Ey driğa kim, bu dövlət payidar olmaz bana.
Gər nigar etsən əli qanımdan andan dönmozəm,
Deməsünler kim məger mehri-nigar olmaz bana.
Hamidi gərçi qəbul olsa dohanın vosfini,
Bundan özgo bu cahanda hiç kar olmaz bana.