Neçədi (Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Neçədi (Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov (2008). Seçilmiş əsərləri (10 cilddə, III cild) (az). Nurlan. Orijinal mənbədən 2018-09-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-05.

O kimdi ki, dünyaya gәlmәmişdәn,
Onların şәkili vardı behiştdә?
Adәm dә eylәdi onlara sәcdә,
Onların hesabın bilsәn neçәdi?

Aduvu qoymusan sәn dә ustakar,
Nә üstündә alәm olub bәrqәrar?
İblis niyә oldu bәlaya düçar,
Onun sәbәbini bilsәn neçәdi?

O nәdi ki, ildırımdan yeyindi?
Sәnin danışdığın bütün oyundu.
Bu meydanda indi sәnin toyundu,
Abdulla xan göydәni sürüsә necәdi?