Necoldu (Aşıq Bəsti)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Necoldu
Müəllif: Aşıq Bəsti
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Başına döndüyüm, ay uca dağlar,
Səndə gəzən ağır ellər necoldu?
Ala çayvan-çadır, dəyə quranlar,
O polad biləklər, qollar necoldu?

Söylə bir, növrağım niyə pozuldu?
Ay günüm üstünə qara yazıldı,
Cəfa gördüm, əlim-əldən üzüldü,
Su üstünə gələn yollar necoldu?

Canım ola hilal qaşm əyrisi,
Dərdin çəkən varmı, məndən qeyrisi?
Vur başma, ağla illər ayrısı,
Bəsti, soldu çəmən, güllər necoldu?