Nedəyim
Görünüş
Nedəyim Müəllif: Qaracaoğlan |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Birəm-birəm devşirirlər odunu,
Biləm dedim, biləmədim adını,
Ərzurum yanaqlı kürdlər qadını
Bir qız mənə əmi dedi nedəyim?
Bizim ellər Urum olur, uc olur,
Sızıldaşır boz qurdları ac olur,
Bir igidə əmi demək güc olur,
Bir qız mənə əmi dedi nedəyim?
Qaracaoğlan der ki, nedib, nedərəm,
Axan sularınan belə gedərəm,
Saqqal, səni matqabınan yolaram,
Bir qız mənə əmi dedi nedəyim?