Məzmuna keç

Netə id bu könlüm evi eşq əlündən taşa gəlür

Vikimənbə saytından
Netə id bu könlüm evi eşq əlündən taşa gəlür
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Netə İd bu könlüm evi eşq əlündən taşa gəlür,
Neçə yüksək yürür isəm, eşq başumdan aşa gəlür.

Neçə kİ ayduram razum söyləməyəm kimsənəyə,
Gedər bu səbrü qərarum, dost önümə düşə gəlür.

Hey necə səbr eyləyiser dost yüzini görən kişi?!
Ol Heqiqet gördüm deyən kəndözindən şaşa gəlür.

Mə’şuqənün təcəllisi dürlü-dürlü rənglər olur,
Bir şivədə yüz bin könlümüş həmişə cuşa gəlür.

Ol dost ilə bənüm işüm bulud ilə güneşleyin,
Bir dəm hicabı sürilür, bir dəm hicab başa gəlür.

Əcəb genə Miskin Yunus eşqdən artuq sevdi məgər,
Zira ki bu eşqdən yegrək hiç yoqdurur başa gəlür.