Neylədin

Vikimənbə saytından
Neylədin
Müəllif: Murad Talibi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.


Etibarsız fəlek, bivefa dünya
Senə gələn Qılınc canı neylədin?
Dostuna cefalı rusiyah dünya
Haq Rəsul tək peyğemberi neylədin?

Can quşu per vurub uçdu qəfəsdən,
Cüda düşdü mərəkədən, meclisdən,
Ayn saldın bu gün məni Qılıcdan
Dayanağım esrik nəri neyledin?

Xəzan vurdu bir bağm gülünü,
Cavanlıqda əcəl tutdu yolunu,
Binişan keçirdin Qılıc mərgəni
Oğulsuz, orunsuz onu neylədin?

Talibi der: sənə yazdı dastanı,
Eşin, dostun ərşə çıxdı əfqanı,
Fələk, sənə vermez zövqü dövranı
Dal qamətli Qılıc canı neyledin?