Neylərsən

Vikimənbə saytından
Neylərsən
Müəllif: Şifahi xalq ədəbiyyatı

Qaşın qara, gözün qara,
Vəsməni neylersən?
Qaşın gözündən qaradır
Vəsməni neylərsən?
Yaylığının yanı yaşıl,
sürmeni neylersən?
Sənin ki, yann var imiş,
Bəs məni neylərsen,
Ay qız məni neylərsən?
Vəsməni qaşa yaxanda
Canımı oda yaxanda
Bayram olur hər baxanda
Vəsməni neylərsən?
Ay qız məni neylərsen?