Məzmuna keç

Neyləyim (Məxtumqulu Fəraqi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Neyləyim (Məxtumqulu Fəraqi)
Müəllif: Məxtumqulu Fəraqi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Könül istər — gəzsəm dünya-aləmi,
Qanadım yox, uça bilmən neyləyim?
Oxuram, görürəm varca kəlamı
Mənasını seçə bilmən neyləyim?

Çoxlar orda qəvvas olub üzərlər,
Mənə zahir, xalqdan pünhan gəzərlər,
Gül badədə gülgün şərab əzərlər,
Əl uzadıb içə bilmən neyləyim?

Ev daşından şərab iysin nuş qıldım,
Getdi ağlım, özünbilməz cuş qıldım,
Mey məst oldum, bağlı qapı tüş gəldim
Rüsxət olmaz, aça bilmən neyləyim?

Yeddi yolum, dağ hansıdır, düz hansı?
Anmaz könlüm — mahnı hansı, söz hansı?
Fəhm eyləməz yol hansıdır, iz hansı?
Ümid üzüb qaça bilmən neyləyim?

Məxtumqulu bu dünyanın namusun,
Yığıb, dürüb yelə verdim hamısın.
Fikir dəryasına ağlım gəmisin
Batırmışam, çıxa bilmən neyləyim?