Neyləyim (Muxayıl Göyçəli)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Neyləyim (22 sentyabr 1943-cü il) Müəllif: Muxayıl Göyçəli |
Bir quş idim bu dağların sərində,
Qarşı gəldim qəfil sara, neyləyim?
Vədə verdik, ilqar qoyduq bu yaza,
Düz olmadın bu ilqara, neyləyim?
Xurşud şöləsi tək dağdan üzülüb,
Qəmdən sədəf sinəm üstə düzülüb.
Mənim də taleyim belə yazılıb,
Sinəmdə alışır nara, neyləyim?
Çox görmüşəm beyvəfanı dünyada,
Qazanmışam din-imanı dünyada.
Muxayıl bəsdiyib canı dünyada,
Sində də qismətdi mara, neyləyim?
22 sentyabr 1943-cü il
Mənbə
[redaktə]- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.82