Məzmuna keç

Neyləyim (Varxiyanlı Aşıq Məhəmməd)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Neyləyim
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Könül, sevən dost bağına vara bilməm, neyləyim?
Açılıbdı taza güllər, dərə bilməm, neyləyim?
Bir cananm həsrətindən düşdüm əyyub dərdinə.
Dolanıram təbib deyib, çarə bilməm, neyləyim?

Bilən kəslər eşqə düşmək, çox sitəmdir can üçün.
Nə qədər ki, dərd-qəm vardı, yazılıbdı mən üçün.
Sevmişəm bir mehribanı, nigaranam on üçün.
Hərdən-hərdən düşər yada, görə bilməm, neyləyim?

Məhəmmədəm, ərzi-halım budur sizə, qazılar,
Xoş halına ol kimsənin könlünü pərvaz elər.
Yaradanm kərəmindən belə imiş yazılar.
Məskən salıb bu viranda dura bilməm, neyləyim?