Neynim (Usta Abdulla)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Neynim
Müəllif: Usta Abdulla
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Ağ ağalar, ay qazılar,
Mən bu dərdə dözüm, neynim?
Düşdüm qəmin dəryasına,
Qəvvas olum üzüm, neynim?!

Dərdim olubdu ziyada,
Bir yetən yoxdur fəryada.
Arsız, qəmli bu dünyada
Heç bilmirəm gəzim, neynim?!

Abdulla düşüb azara,
Dərdi yetib səd-hazara.
Qoyan yoxdur bir məzara,
Öz əlimlə qazım, neynim?!