Məzmuna keç

Neynirəm

Vikimənbə saytından
Neynirəm
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Ağlayıb göz yaşın leysan eyləmə,
Yad dərib iyləyən gülü neynirəm?
Tez doyub irzikdin niyə Hacıdan,
Satılıb-alınan qulu neynirəm?

Öz yoxsulca süfrəm, halal zəhmətim,
Bu süfrəmi sevən külüm-külfətim.
Beyilqarla nədi mənim ülfətim,
Olsa qızıl mücrüm dolu, neynirəm.

Məmmədhüseynəm, haqdan düzlük dilərəm,
Əməlimlə qəmlənərəm, gülərəm.
Gözü yaşlı görsəm həmən silərəm,
Əyri işə gen-bol yolu neynirəm.