Nida aləmindən gəldi bir səs
Görünüş
Nida aləmindən gəldi bir səs! (1994) Müəllif: RAUF CAVAD |
Nida aləmindən gəldi bir səs!
Nədir səndəki bu həyacan, bəs?!
Döyünür ürəyim həyacandan,
Çün dar gəlir bu balaca qəfəs.
İstəyir qopub çıxa yerindən
Ürəyim, yox dərdimi bilən kəs.
Ağlayır gizli-gizlin gözlərim,
Axır göz yaşı, qalıb tək bikəs.
Qəribdi ayrılsa sevdiyindən
Ürək, almaz tək qəfəsdə nəfəs.
Alır gücün sevən sevilərkən,
Əcəb çırpınır ürəkdə həvəs.
Sevincdən Xəyal qurur ümidlər,
Sus ey külək, dinmə, səsini kəs!
Rauf, istəklər rəqs edir qəlbdə,
Gəl ürəyim, səssiz-sədasız əs!
...Müəllif:Rauf Cavad