Məzmuna keç

Nisbətdir

Vikimənbə saytından
Nisbətdir
Müəllif: Ləzgi Saleh

Eylərəm fikr ilə övraq,
Səri-kuyində oldum çak.
Sənsən, billah, cövhəri-pak,
Səsim sədaya nisbətdir.

Fəndin aləm içdə yoxdur,
Məhəbbət canında çoxdur,
Sanki kipriklərin oxdur.
Qaşların yaya nisbətdir.

Əyninə geymisən əhmər.
Bağında qönçələr yetər,
Dil-dodağın şirin şəkər,
Cismin şəhlaya nisbətdir.

Geyinmisən rəngi-gülgün,
Sən Leylisən, mən də Məcnun.
Saleh deyər: qəddi mövzun —
Sərvi-balaya nisbətdir.