Niyə döndü (Koroğlu)

Vikimənbə saytından
Niyə döndü
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Ala gözlü Nigar xanım,
Üzün məndən niyə döndü?
Sənə qurban şirin çanım,
Üzün məndən niyə döndu?

Qoyun otlar quzu ilə,
Ayağının tozu ilə,
Müxənnətin sözü ilə;
Üzün məndən niyə döndü?

İyidin yatmasın baxtı
Yana evrilməsin taxtı,
Koroğlunun məlul vaxtı,
Üzün məndən niyə döndü?