Niyə qəzetə və məcmuə satılmır?

Vikimənbə saytından
Niyə qəzetə və məcmuə satılmır?
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar (2006). Seçilmiş əsərləri (az). "Şərq-Qərb". ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.


Hər kəs istesə bilsin ki, hansı şəhərin mömin və müqəddəs adamları çoxdur və harada çox axirət fıkri çokən var və haranın mollalarına camaatın ixlas, iradəti kamildir, daha dağa-daşa düşmək lazım deyil, gəlsin qəzetə vo jumal idarələrinə, orada bu mühüm mosələni asanhqla başa düşo bilər.
İndi sen deyecəksən ki, bu soz lap “Töhfetül-məcalis” kitabının sozlerine oxşadı. Müqəddəs kişilərin hesabıni gərək hər yerdə hamamlardan, məscidlərdən, zİyarətgahlardan öyrənəsən. Onların qəzetə idarələrinə nə dəxli var? Jumal idarəsi hara, onlar hara?! Onda mən sonə bir mfıxtəsərcə hesab deyəceyəm və sənin ağlın kesecəkdir ki, mənim sözüm düzdür, daha özünü təşvişe salmayacaqsan.
Əzizim, əw ə l gərək sən buncuğazı biləsən ki, qəzetə və jumal deyİlən şey şeytan işidir və idareleri də şeytan karxanasıdtr. Söz yox, bir surətdə ki, bir şəhərin ohlinin adı şeytan karxanasmda olmadı, o dəlildir orantn camaatmın Allah yoluna getməyinə, alim sozünə baxmağına, vaxtlı-vaxtında namazın qılmağma, həmişə siğəsin eləyib, xınasın yaxıb, başın aşağı salıb, Allaha şükür eləməyinə. Bu sənətlərin sahiblorinə deyerlər mömin və müqeddes.
Əgər inanmırsan, qəlbini kəsavət basıb, şekk getirirsənse, zəhmət çek, toşrif gətir Tiflisə. Mon “Molla Nəsrəddin” in abunə dəftərini açım qabağına, gör hansı vilayətde dindar müsəlman çoxdur və hansı məmleketin əhli bədəməldilər ki, onlann adı bu şeytan karxanasında səbt-zəbtdir.
Əwəl gərək sən bunu çox yaxşı biləsən ki, dünyada ya gorək Molla Nəsrəddin olsun, ya Molla Xəsreddin, Daha bu olmaz ki, bir tək Molla Nesrəddin çıxıb minlerce Molla Xəsrəddiniəri çörək avarası eləsin. Vəhalonki, o yazıqlar qux ihərtə riyazət çəkiblor, dudiçıraq yeyibler ki, bu mərtəbeye çatıblar. Hasat masqaralıq deyil ki, hər yerden çıxan azğıntı-uzğuntu onlara bərabərçilik edə bilsin və sozlərinin qabağında söz damşsm. Odur ki, onlar da ittİfaq cdib Molla Nəsrəddinin clə daşm atırlar ki, birdən on ay ilə əİii-ayaxlı 107 yox olur. Və bacardıqca avam camaata dil-dalayil deyib, qoynrıurlar aparıb pulun verib “Molla Nesrəddin” alıb oxuyub yoldan çıxsın və öz əli ilə özünü qəri-səqəre salsın va necə de ki, əthəmdülillah, axund Molla İsmayıl Həsənovun səfayi-batinindən Qafqayda ancaq dördcə adam yoldan çıxıb “Molla Nəsrəddin”e müştəri otub. İrevanda hele şeyx Elektrik həzrətlərinin bərəketlərinden o dörd adam da tərki-övla etməyibdir. Və “Molla Nəsrəddin” in agenti hey kağız yazır və hey xəbər göndərir ki, balam, trəvanın camaatı mömindilər, Altah adamıdılar, siz deyən səfeh-süfeh deyillər, bura məcmuə-fılan lazım deyil, göndərməyin!
Gəncədə həmçinin, Bakıda həmçinin, Şekidə həmçinin, Şamaxıda həmçinin, Qələdə, Dərbənddə, Petrovskdə həmçinin, İranda ki başabaş həmçinin. Bircə Qubada axund Molla Hacı Baba səlləməhüllah- taala bərkin tutmurdu və “Molla Nesreddin"ın gəlİbgəlməməyinə o qədər papey deyildi. Ona da bu günlərdə bir neçə nəfer gedib jumal almağa istixarə elətdirib, Etə zahm kitabtnı açcaq haman bu aşağıda yazılan sözler gəlib, kıtabı çırpıb duvara və gedən adamları da söyüb, yamanlayıb qovubdur.

Şeytan İşidir, düşmə yaxın dərsa, kitabə, əfsanəyə uyma.
Bet bağlama hər naxələfə, qelbi xarabe, bihudə suyutma.
Dinsizlərin etrafına bilmərre dotanma, düşmə oda, yanma.
Jumal oxuma, hərzə ve hədyane inanma, öyrenmə, dadanma,
Hər naxelefın məkrine tovlanma, sən allah, olma belə gümrah.
Avare qoyar, kəsbidən, eylər səni ikrah, vallah və biltah.
Gəl məscidə vaizdən eşit gül kimi möcüz, ol tükləri biz-biz.
Məcmuəyə baxmaqlığa ver nəfsinə pəhriz, meyl eyləmə hərgiz,
Təhsit eləyib hər biri qırx il axundlar, təqliddən ötrü,
Məqsudi senə feyz yetinnəkdir, a biar, yoxsa nədən ötrü?
Təsir eləyir sən gedəsən fısqii fıicurə, bu mərdi-qəyurə.
Hər gün tökəsən qarşına jumal neçə curə, heyfa, bu şüurə.
Başdan-ayağa sırf yalandır bu qazetlər, boş sözlerə baxma.
Qılmışlar onu pul teləsi hsr lotu-potlar, hər hiyleyə baxma.
“Molla Nəsrəddin” deyilən jumalı alma, az pis eməl eylə.
Huşun-baştn olsun, özünü düzəxə salma, bir tövbə gəl eyle.
Hor kəs adını çəksa yanmda o ləinin, söy, eylə bihürmət.
Aydınca böyük düşmənidir məzhəbü dinin, ya Rəb, nə qəsavət?!

Bir belo zərafət,
Olmaz, a cəmaət.
Oldu bu cür İşlər,
İslamidə bidət.
Bilməm bu nə sozdür,
Nə nəqlİ-hekayət?
Kimdir deyen aya?
Qaldı geri millət...
Milyon defə olsun
Lənət ona, lənət

  • "Molla Nəsrəddin”, 27 yanvar 1913, N 3