Məzmuna keç

Nizami Gəncəvinin vətəni və milliyyəti ilə əlaqədar bir sıra mübahisəli məsələlərə dair

Vikimənbə saytından
Nizami Gəncəvinin vətəni və milliyyəti ilə əlaqədar bir sıra mübahisəli məsələlərə dair Annotasiya
Müəllif: Cabbar Məmmədov
Mənbə: Вестник Санкт-Петербургского университета. Сер. 13. 2010. Вып. 1.. Səhifə. 106–116. УДК 82.09

Rəy:


Məqalə şərqşünaslıq sahəsindəki problemli bir məsələyə həsr olunub. Belə ki, dünya şöhrətli Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin poemalarından birinə XVIII əsrdə belə bir beyt əlavə edilmişdir ki, guya Nizami Gəncəvi öz əsərlərində birində iddia edir ki, o, Azərbaycanda yox, İranın Qum şəhərində anadan olub. Məhz bu informasiyadan çıxış edərək XVIII əsrdən başlayaraq dünya şərqşünaslığı ilə yaxşı tanış olan insanlar İranı Nizaminin vətəni hesab etməyə başladılar.

Lakin, XX əsrin birinci yarısında məşhur rus/sovet şərqşünası akademik Y.E.Bertels müəyyən etdi ki, qeyd olunmuş sətirlər Nizaminin həmin əsərinin digər əlyazmalarda, o cümlədən erkən köçürülən versiyalarında yoxdur, yəni, bu sətirlər şairin "İskəndərnamə" əsərinə ideoloji motivlərdən irəli gələrək təəssübkeş İran mirzələri tərəfindən əlavə olunub və açıq-aşkar saxtalaşdırmadır. Bu kəşf digər sovet alimlərinin, o cümlədən, Azərbaycan alimlərinin də diqqətini cəlb etdi və onlar da bu kəşfi öz araşdırma və yeni tapıntıları ilə təsdiq etdilər (məsələn, akad. İ.Y.Kraçkovski; “Brokhauz və Efronun ensiklopedik lüğəti”ndəki Nizami haqqında məqalənin müəllifi akad. A.E.Krımski; Azərbaycan alimləri H.Arazlı, C.Heyət, R.Əliyev və b.).

Bu elmi faktın aşkar edilməsindən sonra bütün məşhur sovet şərqşünasları, o cümlədən, əvvəllər Nizamini fars şairi hesab etmiş alimlər öz mövqelərini dəyişdilər və birdəfəlik olaraq şairin vətəninin Azərbaycanın olmasını qəbul etdilər.

Lakin, bu müzakirələrin hamısının İkinci Dünya Müharibəsi ərəfəsində və yalnız rusdilli jurnallarda baş verdiyindən, həmçinin, bu günə qədər Qərbin heç bir elmi jurnalında Bertelsin bu böyük kəşfi barədə heç bir məqalə dərc edilmədiyindən, ətalət üzrə Qərbdə hələ də Nizami barədə bir fars şairi kimi yazmaqda davam edirlər.

Bu məqalə yuxarıda qeyd olunan “Qum fərziyyəsinə”, onun Azərbaycan və Sovet alimləri tərəfindən qəti surətdə təkzib olunmasına həsr olunmuş, şairin türk-azərbaycan mənşəli olduğunu təsdiqləyən bir sıra arqumentlər, o cümlədən, Nizaminin öz şerlərindən arqumentlər sadalanmışdır.

  1. Giriş
  2. I hissə: Nizami Gəncəvinin doğum yeri barədə
  3. II hissə: XII əsrdə Gəncədə hansı millətlər yaşamışdır?
  4. III hissə: Öz milliyyəti barədə Nizami özü və onun əsərlərində türkçülüyə simpatiya
  5. IV hissə: Nizaminin İrana aidiyyəti varmı?
  6. V hissə: Nə üçün Nizami fars dilində yazmışdır?