Nola, Mövla dönüb eşqin səfərindən gəlsin

Vikimənbə saytından
Nola, Mövla dönüb eşqin səfərindən gəlsin
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 52

Nola, Mövla dönüb eşqin səfərindən gəlsin,
Bizə Davudu-Nəbinin xəbərindən gəlsin.

Səslərik biz gecə-gündüzlər o adil şahi,
Vəsfə aciz dayanıb sözlər o adil şahi,
Gözlər həsrətdə qalıb, gözlər o adil şahi,
Zülmü ləğv etməyə dünya üzərindən, gəlsin.

Bir Nəbinin adına eyləyirəm ifadə,
Özü versin bizə Kövsər bulağından badə,
Elə bir yarə könül bağlamışam dünyadə,
Elə bir yar ki, gülab ətri tərindən gəlsin.

Eşq nədi dərk edən aqillərə mən qurban olum,
Ağamın qanı axan çöllərə mən qurban olum,
"Ya Əli" zikri deyən dillərə mən qurban olum,
Ya Əlisiz dilə şahmar zəhərindən gəlsin.

Əliyə layiq olub mötəbər ən zişan taxt,
Əlidən dönmək olar, ay qaragün, ay bədbəxt,
Bir igiddir ki, Əli bənzəri olmaz heç vaxt,
Zülfüqarın da inanma kəsərindən gəlsin.