Nola zahid bilsə küfri-zülfün iman olduğun
Görünüş
Nola zahid bilsə küfri-zülfün iman olduğun Müəllif: Məhəmməd Füzuli |
Nola zahid bilsə küfri-zülfün iman olduğun,
Şimdi körmüşlərmidir kafir müsəlman olduğun.
Mən əgər aşiq olub, din verməsəydnm qarətə,
Kim bilirdi eşq mülkün kafiristan olduğun.
Qıl səvab, ey göz, töküb qan, vaqif et qafilləri,
Meyl edənlər eşqə bilsinlər ciyər qan olduğun.
Daşə bənzər qanlı hər pərkalə kim, gözdən çıxar,
Ondan etdim fəhm könlüm şəhri viran olduğun.
Vədeyi-vəslinə ol gündən ki, verdim könlümü,
Mən onun bilməzmidim axir pəşiman olduğun.
Eşqini asan görüb, oldum əsiri tifl ikən,
Bilmədim getdikcə bir aşubi-dövran olduğun.
Ey Füzuli, xublər vəslinə eylərsən həvəs,
Guiya bilməzmisən vəsl içrə hicran olduğun.