Məzmuna keç

Novcavan ol pir ikǝn, dövran ki, canan dövridir

Vikimənbə saytından
Novcavan ol pir ikən, dövran ki, canan dövridir
Müəllif: Şah İsmayıl Xətai



Novcavan ol pir ikǝn, dövran ki, canan dövridir,
Şad ol ey xǝstǝ könül, kim, dǝrdǝ dǝrman dövridir.

Zülmǝti-hicranǝ söylǝn hökmini tǝrk eylǝsin,
Bir günǝş doğdu arayǝ, mahi-taban dövridir.

Lal oturma, söylǝ, öy can mürği, gǝldi növbahar,
Getdi qış vǝqti aradan, uş, gülüstan dövridir.

Aşiqǝ mehr etdi dilbǝr, qalmadı cövri-rǝqib,
Küfr aralıqdan arındı şimdi iman dövridir.

Ömr üçün ğǝm çǝkmǝ, ey dil, nuş qıl abi-hǝyat,
Dilbǝrin şirin lǝbindǝn, abi-heyvan dövridir.

Naümid olma cahanda, ey gǝdayi-binǝva,
Dǝrgǝhi-sultanǝ gǝl, kim, lütfü ehsan dövridir.

Möhnǝti-dünyadǝn ey dil, fariğ ol, sürgil mürad,
Xürrǝm ol, ğǝm çǝkmǝgil, kim, zilli-sübhan dövridir.

Gǝzmǝgil alǝmdǝ sǝrgǝrdan, könül, pǝrvanǝtǝk,
Xoş münǝvvǝrdir cahan, şǝmi-şǝbistan dövridir.

Dudi-ahindir, Xǝtai, göydǝ buludlǝr sǝnin,
Durmayıb tök göz yaşın kim, abü baran dövridir.