Novruzi-bahar oldu, cahan tazәtәr oldu

Vikimənbə saytından
Jump to navigation Jump to search
Novruzi-bahar oldu, cahan tazətər oldu
Müəllif: Molla Vəli Vidadi


Novruzi-bahar oldu, cahan tazәtәr oldu,
Rәf oldu әlәmlәr,

Dağıldı bu şadlıq xәbәri, dәrbәdәr oldu,
Yandı oda qәmlәr.

Qırx yeddi rәqәm sındı zimistan qәlәmindәn,
Fürsәt gülә düşdü.

Meydani-tәrәbdә bu nә türfә hünәr oldu,
Sәrf oldu kәrәmlәr.

Göydәn yerә yağdı nә gözәl şәbnәmi-rәhmәt,
Bitdi gülü lalә.

Xoş nәğmәlәnib bülbüli-şeyda ötәr oldu,
Açıldı irәmlәr.

Yüz hәmdü sәna mayili-seyri-çәmәn oldu,
Şad oldu könüllәr.

Bir mövsümi-güldür bu ki, hәqdәn nәzәr oldu.
Xoş gәldi bu dәmlәr.

Ey xәstә Vidadi, bu gün etmәzmi sәnә rәhm
Sultani-zәmanә?

Bu eydi-mübarәkdә ki, dünya xәbәr oldu,
Saçıldı dirәmlәr.