Novruziyyə
Görünüş
Novruziyyə Müəllif: Fəzləli Təbrizi |
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010. |
Gəldi Cəmşidi Fərvərdin, novruzi-Cəlalı yenə,
Qocakmış dünya bəsləyir cavanlıq xəyali yenə.
Təzvirdən uzaq, bir olur dostlarla amalı yenə,
Bu şən məclisin var qüssə dağıdan əhvali yenə.
Sazı çal, udu yandır sən, odlandır manqalı yenə.