Nuhun öz tayfasından çəkdiyi müsibətlər

Vikimənbə saytından
Nuhun öz tayfasından çəkdiyi müsibətlər

Sister Projects. Həmçinin baxın: Haqqında •


Nuhun uzun ömürlüyündən, hamıdan çox camaatın arasında qalmasından, çox az miqdarda bəndənin ona iman gətirməsindən və tayfasının bütpərəstliyə olan bərk əlaqəsindən onun nə qədər müsibətlər çəkməsini dərk etmək olar. Bundan əlavə ona çoxlu söyüş söyür, dəli, azmış və cinvurmuş deyə çağırır və müxtəlif növdə cismi işgəncələr verirdilər.

Səduqun İmam Sadiq (ə)-dan rəvayət etdiyi hədisdə deyilir: -“Camaat həzrəti o qədər döyürdülər ki, üç gün huşu gedirdi, huşsuz halda qalır və qulağından qan açılırdı.”

Mərhum Təbəri demişdir ki, Həzrət Nuh 950 il gecə-gündüz dayanmadan camaatı Allaha tərəf dəvət etdi. Amma onun sözləri onlarda heç bir təsir qoymadı. Hərdən də camaat onu o qədər döyürdülər ki, huşu başından çıxırdı. Huşu başına gələn kimi deyirdi:

-“İlahi, mənim bu tayfamı hidayət elə ki, onlar (haqqı) bilmirlər.”

Vəhbdən nəql olunmuşdur: Nuh üç əsr təmamilə camaatı Allaha tərəf dəvət etdi. Hər əsr 300 il idi. Bu da 900 il olurdu. Aşkar və gizli öz təbliği ilə məşğul idi. Amma camaat ona qarşı çıxmaqdan başqa bir iş bacarmırdılar. Hər əsr keçəndə camaatın düşmənçiliyi daha da artırdı. Hətta camaat öz uşaqlarının əlindən tutub Nuhu göstərərək onlara tapşırırdılar:

-“Əgər məndən sonra yaşamalı olsan, heç vaxt bu dəli insandan tabeçilik etmə!”

Sonra davam edərək deyir: -«Camaat ona hücum edib onu döyürdülər. O qədər döyürdülər ki, qulaqlarından qan açılırdı və huşunu itirirdi. Onu götürüb evinə atırdılar, ya da huşsuz halda qapının ağzında qoyub gedirdilər».

Quranın ayələrindən də bəllidir ki, ona verilən əzab-əziyyətlər çox şiddətli idi. Çünki, Ənbiya və Səffat surələrində buyurur: -“Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq.” Müfəssirlər deyirlər ki, fəlakətdən məqsəd camaatın ona verdiyi çoxlu əzab-əziyyətlərdir.

Qəmər surəsində gəlmişdir ki, Nuh dua edərək dedi: -“Mən (öz qövmümün içində) məğlub oldum, mənə kömək et.”

Şuəra surəsində də Allahın rəhman olan dərgahından kömək istəyərək dedi: -“Ey Rəbbim! Həqiqətən qövmüm məni təkzib etdi. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri (bu əzabdan) qurtar! Allah taala da öz peyğəmbərinin duasını qəbul etdi. Nuhu və ona iman gətirənləri zalım camaatın əzabından qurtardı.”

Həmçinin bax[redaktə]