Məzmuna keç

Nuhun adı, əxlaqı və onun xasiyyətləri

Vikimənbə saytından
Nuhun adı, əxlaqı və onun xasiyyətləri

Sister Projects. Həmçinin baxın: Haqqında •


Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar.

Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündür boylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Allahın vəhyi də onun natiqliyinə kömək edirdi.

İlk Ulul-əzm peyğəmbər idi ki, Allah taala ona məxsus kitab və ayrıca şəriət əta edib, onu zəmanənin camaatı üçün göndərdi. Onun kitabı Allahın şəriətlərinə şamil olan ilk kitab, şəriəti isə ilk şəriət idi.

Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Necə ki, Allah-taala Saffat surəsində buyurur:

-”Ancaq onun nəslini (yer üzündə) qalanlardan etdik.”

Adəm və İdris peyğəmbərdən başqa bütün peyğəmbərlərin nəsli ona yetişir.

Allah-taala Quranda onun xasiyyətlərində daima şükür edən olduğunu xatırlamışdır. İsra surəsində buyurur:

-”O, həqiqətən daima şükür edən bəndə idi.”

Bu ayənin təfsirində gəlmişdir ki, o hər vaxt paltar geyinsəydi, ya yemək yesəydi, ya da su içsəydi Allaha şükür edərdi və “Əlhəmdu lillah” deyərdi. Başqa bir təfsirdə gəlmişdir ki, əvvəldə “Bismillah” axırda “Əlhəmdu lillah” deyərdi.

İmam Baqir və İmam Sadiqdən (ə) rəvayətdə deyilir ki, o, hər gecə-gündüz bu cümləni oxuyardı:

-”Pərvərdigara, mən şəhadət verirəm ki, mənə yetişən bütün dini və dünyəvi nemətlərin hamısı Səndəndir. Sən təksən, Sənin şərikin yoxdur. Həmd və sitayiş Sənə məxsus, şükür Sənə məxsusdur. O vaxta qədər ki, razılıqdan sonra bir daha, dəfələrlə razı olasan.”

Həmçinin bax

[redaktə]