Nuhun gəmisi
Nuhun gəmisi Müəllif: Şifahi xalq ədəbiyyatı |
Həmçinin baxın: Haqqında • |
Allah taala Nuha xəbər verdi ki, bu bir neçə nəfərdən başqa daha heç kəs sənə iman gətirməyəcək. Onun ardınca gəmi düzəltməyi ona əmr etdi. Elə ki, Quran ayələrindən başa düşülür o zaman gəmi düzəltməyin misli olmamışdı. Buna görə də Nuha belə vəhy olundu: -“Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar.”
Nuh Allahın əmri ilə gəmini düzətməyə başladı. Mələklərin nəzarəti altında hər tərəfdən taxta və mismar yığaraq onları bir-birinə birləşdirdi. Sürətlə taxtalar gəmi şəklinə düşürdü.
Zəif düşüncəli insanların Nuhun qarşısında düzgün məntiqləri olmadıqlarına görə hər bir şeylə ona əziyyət vermək istəyirdilər. Ona əzab vermək üçün yeni-yeni üsluba əl atırdılar və Şeyxul-ənbiyanı (peyğəmbərlərin ən yaşlısı) məsxərəyə qoymağa başladılar. Biri deyirdi ki, ey Nuh, peyğəmbərlikdən əl çəkib xərratlığa keçmisən? Başqası “Bu quru susuz yerdə bu uzunluqda gəmini niyə düzəldirsən? Quru səhrada gəmi sürmək istəyirsən?” -deyə söyləyirdi. Başqa birisi isə deyirdi: -“Bu gəmini quru yerdə düzəldirsən, bəs harda suya atacaqsan?”
Nuh onların cavabında ancaq bir cümləni təkrar edirdi: -«Əgər (indi) siz bizi məsxərəyə qoyursunuz, (vaxt gələcək) biz də sizi bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz».
Bir hədisdə gəlmişdir ki, o, ağac əkməyə başladı. Bəzi onun yanından keçərək ona gülüb, məsxərəyə qoyaraq deyirdilər: -“Ağac əkməklə məşğul olursan?” Ağaclar böyüdü. Onları doğrayaraq yonmağa başladı. Yenə gəlib deyirdilər: -“İndi də xərratlığa keçmisən?”
Nuh böyük iradə ilə gəmi düzəltməyə başladı. Camaat ona gülür və bir-birlərinə deyirdilər: -İndi də deyəsən bu quraqlıq yerdə gəmi sürmək istəyirsən? Gəmiçi olmusan? Nuh bu dövranı da arxada qoydu. Nəhayət gəmi düzəlib qurtardı.
Onun uzunluğu, eni və formasında müxtəlif fərziyyələr verilmişdir. Bəziləri demişlər ki, uzunluğu 1200 (1 dirsək təxminən 50 sm-ə bərabərdir) dirsək, eni 800 dirsək, hündürlüyü isə 80 dirsək olmuşdur. Bu fərziyyə İmam Sadiq (ə)-dan rəvayət olunan bir hədislə uyğundur.
Bəziləri isə uzunlunu 700 dirsək, eni 500 dirsək, hündürlüyünü isə 80 dirsək yazmışlar. Üçüncü fərziyyədə isə uzunluğu 300 dirsək, eni 800 dirsək, hündürlüyü isə 30 dirsək deyilir. Həqiqəti Allah yaxşı bilir.
İbni Abbasdan nəql olunur ki, gəminin üç mərtəbəsi var idi. Birinci mərtəbədə böyük və vəhşi heyvanları, ikincisində dördayaqlıları (dəvə, inək, qoyun və s.), üçüncü mərtəbədə isə insanların özü və bütün lazım olan yeməli, içməli şeyləri yerləşdirmişdi.
Beləliklə gəmi tamamilə hazır oldu və Nuh Allahın əmrinin intizarında durdu. Nəhayət əmr gəldi: -“Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı zaman dedi: -“Hər heyvandan biri erkək, o biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümün) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir.” “Zülm edənlər barədə mənə müraciət etmə (onların bağışlanmalarını məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar.”