Məzmuna keç

Nuhun qəbri və ondan sonrakı peyğəmbərlər

Vikimənbə saytından
Nuhun qəbri və ondan sonrakı peyğəmbərlər

Sister Projects. Həmçinin baxın: Haqqında •


Qeyd olunduğu kimi tarix və rəvayətlərə əsasən Nuhun qəbri Nəcəfdə Əmirul-möminin Əli (ə)-ın məzarının yanında yerləşir. Bu cümlə o həzrətin (Əli (ə)-ın) ziyarətnaməsindən gəlmişdir ki, ziyarət edən şəxs deyir: -”Əssəlamu ələykə və əla zəciəykə Adəmə və Nuh”. (Salam olsun sənə və sənin yanında yatan Adəmə və Nuha!)

Nuhdan sonra Allahın fərmanı ilə övladı Sam canişin oldu. Peyğəmbərlərin mirasını qorudu və atasının vəsiyyətinə (peyğəmbərlik məqamına) nail oldu. Bəziləri onu “mürsəl” (risalət gətirən) peyğəmbərlərdən hesab edirlər. O, öz zamanında qardaşları Ham və Yafes, Qabilin övladları, Ovc ibni İnaq və başqalarının müxalifətçiliyi ilə üzbəüz oldu. Nəhayət 600 il ömründən keçdikdən sonra fəna aləmi ilə vidalaşdı və bəqa aləminə qovuşdu. Öz oğlu Ərəfxəşidi özünə canişin seçdi və peyğəmbərlərin mirasını ona tapşırdı.

Tarixçilər Ərəfxəşidi “Əbul-ənbiya” (peyğəmbərlərin atası) adlandırırlar. Nuhdan sonrakı bütün peyğəmbərlərin nəslinin onunla tamamlandığını qeyd edirlər. Deyilənə görə o, peyğəmbərlik borcunu yerinə yetirmək (yəni camaatı paklığa çağırmaq və ilahi dinin təbliği) üçün çox əzab-əziyyətlərlə qatlaşdı. Beləliklə 460 yaşında dünyanı tərk etdi. Onun övladı Şalix peyğəmbərlik məqamına yetişdi. Deyilir ki, Şalix Hud peyğəmbərin atası olub. Allah onun (Hudun) adını Quranda gətirmiş və surələrindən birinə onun adını vermişdir.

Yəqubi və başqaları yazırlar ki, Şalix 430 il bu dünyada yaşayaraq camaatı Allahın itaətinə dəvət etdi. Onların itaətsizlikdən çəkindirərək günahlarının müqabilində olan axirət əzablarını onlara xatırladırdı. Elə ki, bu müddət (430 il) sona çatdı Şalix dünyanı tərk etdi və oğlu Hudu (ki, ona Abir də deyirlər) özünə canişin seçdi. O da ilahi təbliğə və peyğəmbərlərin mirasını qorumağa məşğul oldu.

Həmçinin bax

[redaktə]