Nur gözlü Zöhrəm, nəfsim çağlayır, hal-qırmızı
Nur gözlü Zöhrəm, nəfsim çağlayır, hal-qırmızı! (1994) Müəllif: RAUF CAVAD |
Paltarı qap-qarədir, yanaqlar al-qırmızı!
Sanki ölüm anıdı, dodaqlar bal-qırmızı!
Silinmir yadımdan, xəyalı getmir ağlımdan,
Günüm qap-qarədir, hardasan, Xəyal-qırmızı!?
Günəşim- ayım çıxmır, qəlbim yaman sınıxıb,
Ümidlərim yıxılır, gümanım kal-qırmızı!
Göylər guruldamır, yerlər artıq yağmalanır,
Ürəklər damğalanır, könlümdə xal-qırmızı!
Həsrət yandırır, yaralı sinəmi dağlayır,
Nur gözlü Zöhrəm, nəfsim çağlayır, hal-qırmızı!
Gözlər də baxır yollara dərd qəmgin ağlayır,
Qəlb qübar tutub, canım ağrayır lal-qırmızı!
Ürək qovuşmağa döyünür, eşq, yas saxlayır,
Gözlər Sevgi axtarır, tapmır, Sual-qırmızı!
Hardasan, yaz-baharım. usandırdın sən canı,
Sevgili bəxtim oyan, qalx gəl, misal-qırmızı!
Diqqət dağılır həyacandan can düşünərkən,
Səbrim çatlayır fikirlərdən, amal-qırmızı!
Hicran, gəl yetiş Raufun Heyran Həsrətinə,
Harayıma Zaman çatsın, çün əhval-qırmızı!