Nurlu qadın gözəlliyi, sevginin rəhm surəti

Vikimənbə saytından
Nurlu qadın gözəlliyi, sevginin rəhm surəti! (1996)
Müəllif: RAUF CAVAD

Qadın həyatın ən yüksək, ali nur, yar Gözəli,
Gözəlim mənə bəxş etdi hədiyyə, nar, Gözəli.

Verib O, gözəlliyi qadına, görəsən Həqqi,
Hədiyyə Sahibini, sevəsən Gülnar Gözəli.

Həyata can verən qadın, Anadır Həqqin səsi,
Bəşərin gəlir nəfəsi, o səbəbkar Gözəli.

Məhəbbətin səsi ümid verir duyğu-sevgisi,
Can verir bəşərə qadın, üzü Gülzar Gözəli.

Hər kəsin Ana dediyi söz, gör necə gözəldi,
Ana qəlbində məhəbbət, xatırladar Gözəli.

Gəzdirər ümidlə qadın, sevgili körpəsini,
Müqəddəs varlıqdı qadın, o xilaskar Gözəli.

Qadın İlahi inci, gözdə mirvari tək gizli,
Ləli-gövhər qədrini, görən bilər, var Gözəli.

Zərgər zəri incə düzüb, qiymət bilənə inci,
Cahil nə bilər, nə bilsin, kim sənətkar Gözəli.

Qadın həm Ana həm bacı həm də əziz sevgili,
Nur zinyyətdi Leyla, Gözəlin, Əliyar Gözəli.

Kim olmuş könlü eşqə giriftar, tutulmuş dili,
Kim istər görə aşikar sirri, bular Gözəli.

Nurlu qadın gözəlliyi, sevginin rəhm surəti!
Aşiq olan sevər həqiqəti-memar Gözəli.

Mənəm Gözəllik, mənəm Rauf, gəl-gör gözəlliyi,
Fərhad, Şirin sürəti, həqiqi meyar Gözəli.
           ...Müəllif:Rauf Cavad