Oğlanqız daşı
Görünüş
Rəvayətlər. Oğlanqız daşı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Qədim əyyamlarda bir qız, bir oğlan olub. Bunlar bir-birini ürəkdən sevirmiş. Bir gün onların yaşadığı ellərə kafir hücum çəkir.
Büsbütün kənd dağılır. Əlacsız qalan qızla oğlan əl-ələ verib qaçırlar. Ancaq bunları kafirlər görüblərmiş. Düşürlər arxalarınca. Elə kafirlər qızla oğlana çathaçatda hər iki cavan əl uzadıb yalvarırlar ki, ay Allah, kafir əlinə düşməkdənsə bizi daş elə. Onların yalvarışı yerinə yetir. Qızla oğlan ağ daş olub bir-birinin yanına düşürlər.
El arasında “Oğlan-qız” adlanan bu daşlara niyyət eləyirlər.